"Neftçi" qış təlim-məşq toplanışının ilk mərhələsində hazırlığı davam etdirir. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bakılılar dünən olduğu kimi, bu gün də iki məşqə çıxıb.

"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan məşqdə fiziki və toplu çalışmalara üstünlük verilib. Hazırlıq sabah da iki məşqlə davam edəcək.

Qeyd edək ki, "Neftçi" Bakıdakı təlim-məşq toplanışı başa vuraraq yanvarın 13-də Türkiyəyə yola düşəcək. Ayın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe" otelində məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. "Ağ-qaralar" ayın 18-də "Qaz Metan" (Rumıniya), 23-də "Slovan" (Liberes, çexiya), 26-da isə "Beroe" (Bolqarıstan) ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest