İtaliyanın "Roma" klubu yarımmüdafiəçisi Henrix Mxitaryanla müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
32 yaşlı erməni futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni müqavilə imzalanıb. Tərəflər arasındakı əvvəlki anlaşmanın müddəti bu ayın sonunda başa çatacaqdı.
 
Mxitaryan "Roma"ya 2019/20 mövsümündə London "Arsenal"ından icarə əsasında keçmişdi. Geridə qalan mövsümün əvvəlində isə o, İngiltərə klubu ilə müqaviləsinə xitam verərək, "canavarlar"la bir illik müqavilə imzalamışdı.
 
2020/21 mövsümündə "Roma"nın heyətində bütün turnirlər çərçivəsində 46 oyuna çıxan yarımmüdafiəçi, 15 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest