Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.
 
Matc.az xəbər verir ki, iclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.
 
İK-nın iclasında pandemiya səbəbindən ötən il martın 14-dən ölkədə idman zallarının fəaliyyətinə qadağanın tətbiq edilməsi və buna görə futzal üzrə Yüksək Liqanın 2020/21 mövsümünün keçirilməməsi nəzərə alınaraq, növbəti mövsüm futzal üzrə UEFA çempionlar Liqasında çıxış edəcək klub müəyyənləşib. Qərara əsasən, UEFA çempionlar Liqasının 2021/22 mövsümündə ölkəmizi "Araz" klubu təmsil edəcək.
 
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin mayın 31-də keçirilmiş iclasında növbəti mövsüm futzal üzrə UEFA çempionlar Liqasında çıxış edəcək klubun müəyyənləşdirilməsi Azərbaycan Futzal Federasiyasına tapşırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest