İngiltərənin "çelsi" klubunda baş məşqçi Tomas Tuxelin müqaviləsinin müddəti uzadılıb.
 
Matc.az xəbər verir ki, bu barədə "zadəganlar"ın mətbuat xidməti məlumat yayıb. Tuxelin sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər artırılıb.
 
"çelsi" bu ilin yanvarında Tuxellə 1,5 illik müqavilə imzalamışdı. Alman mütəxəssis London təmsilçisi ilə çempionlar Liqasına vəsiqə qazanacağı halda, sözləşməsi daha iki il artırılacaqdı.
 
"çelsi" Premyer Liqada mövsümü 4-cü sırada bitirib və çempionlar Liqasında 2020/21 mövsümünün qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest