Futbol üzrə İngiltərə Premyer Liqasında 2020/21 mövsümünün ən yaxşı məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, "Mançester Siti"ni çalışdıran Xosep Qvardiola geridə qalan mövsümün ən yaxşısı elan edilib.
 
Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssis Marselo Byelsa, Devid Moyes, Brendan Rocers və Ole Gunnar Sulşeri geridə qoyub.
 
Xatırladaq ki, Premyer Liqada mövsümün də ən yaxşı futbolçusu da "Mançester Siti"də çıxış edən Ruben Dias seçilib. Bu komanda isə Premyer Liqanın qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest