Moldovanın paytaxtı Kişinyovda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün moldovalı həmyaşıdları ilə növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, qarşılaşma Moldova millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Xatırladaq ki, bu komandalar arasında iyunun 4-də keçirilən ilk oyun 1:1 hesabı ilə nəticələnmişdi.
 
Yoxlama oyunu
6 iyun
 
Moldova - Azərbaycan 2:0
Qol: Vlas Aleksandru, 62. İlie Botnari, 85.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest