İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Norviç"dən Emiliano Buendianı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Buendia ilə razılaşmanın detalları açıqlanmayıb.
 
Hazırda Argentina milli komandasının düşərgəsində olan Buendia yığmanın toplanışından sonra İngiltərəyə gələrək, "Aston Villa" ilə rəsmi müqavilə imzalayacaq.
 
Buendia son mövsümdə "Norviç"lə çempionşipdə 39 oyunda 15 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi komandasının Premyer Liqaya yüksəlməsində böyük pay sahibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest