Azərbaycanın gənclər millisinin üzvü Ozan Can Kökçünün klubu "Giresunspor" yoxlama görüşündə qüvvəsini sınayıb. Matç.az saytının məlumatına görə, Giresun təmsilçisi "Pendikspor"la qarşılaşıb.

Oyun giresunluların 2:1 hesablı qələbəsi ilə nəticələnib. Ozan isə bu görüşdə iştirak etməyib. Buna səbəb gənc yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidi. Hələ də tam sağalmayan oyunçunu məşqçilər korpusu riskə atmaq istəməyib.

Bu üzdən Kökçü komanda yoldaşları Ergin Keleş və Muhammet Reislə birlikdə oyunu tribunadan izləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest