AFFA tərəfindən təşkil olunan "Gənclər kuboku"nun final oyununun vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, turnirin final görüşündə "Sabah" və "Qəbələ" komandaları üz-üzə gələcək.
 
Həlledici qarşılaşma iyunun 10-da "ASCO Arena"da keçiriləcək. Final oyunu "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
 
Gənclər kuboku
Final
10 iyun
 
18:00. "Sabah" - "Qəbələ"
Bakı. "ASCO Arena".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest