2018-ci il noyabrın 14-də “Sumqayıt”ın baş məşqçisi təyin olunan Ayxan Abbasovla yeni müqavilə imzalanıb.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə qeyd olunub ki, 39 yaşlı çalışdırıcı növbəti mövsümdə də bu komandanın sükanı arxasında olacaq.
 
Qeyd edək ki, Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirən “Sumqayıt” bu qarşılaşmalarda 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyət əldə edib. Komandanın qazandığı tarixi uğurlarda Ayxan Abbasovun da böyük payı var. Belə ki, “Sumqayıt” onun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan Kubokunun finalında iştirak edib, 2 dəfə isə avrokuboklara vəsiqə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest