İtaliyanın “Latsio” komandasının yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, Roma təmsilçisini bundan sonra Mauritsio Sarri çalışdıracaq.
 
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Qeyd edək ki, son iş yeri “Yuventus” olan Mauritsio Sarri, “Latsio”nun baş məşqçi postunda Simone İnzaqini əvəzləyib. 62 yaşlı mütəxəssis daha öncə “Çelsi” və “Napoli” kimi iddialı klublarda da işləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest