09 İyun 2021, 21:47
                
                
                
                                DÖYÜŞ NÖVLƏRİ 
                                
                
               
              
				 
 
	Varşavada güləş üzrə "Poland Open" turniri davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə 61, 65, 74, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
	Yarışa 1/4 finaldan start verən Hacımurad Hacıyev iranlı rəqibi üzərində əzmkar qələbə qazanıb. Ancaq yarımfinalda İranın digər təmsilçisinə məğlub olub. Hacıyev Polşa güləşçisini rahat üstələyərək bürünc medala sahib olub.
	74 kq
	1/4 final: Hacımurad Hacıyev - Yunis İmamişoqayi (İran) 4:2
	1/2 final: Hacımurad Hacıyev - Mustafa Hüseynxani (İran) 0:3
	Bürünc medal görüşü: Hacımurad Hacıyev - Kamil Ribiçki (Polşa) 9:1
				
         	
                                             
               
            
 




_1762210118.jpg)





