Futbol üzrə Gürcüstan çempionatında 16-cı turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Kutaisi “Torpedo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
 
İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 78-ci dəqiqədə meydana buraxılıb.
 
“Samtrediya” 16 oyuna topladığı 10 xalla hazırda 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest