13 Noyabr 2026, 11:00
FUTBOL
Azərbaycan yığması Millətlər Liqasında 28-ci görüşünü keçirəcək. 7 qələbə və 10 heç-heçəsi olan komandamız 10 dəfə uduzub. 21 qola sevinən futbolçularımız 32 dəfə topu öz qapısında görüblər.
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Matc.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqasının son görüşündə Lixtenşteynlə qarşılaşacaq.
Vadutsda baş tutacaq matç komandamızın tarixində 324-cü sınaq olacaq. İlk oyununu 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb 3:6 hesabı ilə uduzan komandamız indiyədək 323 oyuna çıxıb. Bu müddətdə 66 qələbə qazanan futbolçularımız 83 heç-heçəyə nail olub və 174 dəfə uduzub. Əvvəlki 323 qarşılaşmada 251 qol vuran futbolçularımız 540 top buraxıb.
Bu, millinin rəsmi turnirlər çərçivəsində 176-cı oyunu olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, Millətlər Liqasında ümumilikdə 175 matç keçirən komandamız 22 qələbə qazanıb, 37 heç-heçə edib və 116 dəfə xalsız qalıb. 106 qol vuran millimiz 352 dəfə top buraxıb.
Azərbaycan yığması Millətlər Liqasında 28-ci görüşünü keçirəcək. 7 qələbə və 10 heç-heçəsi olan komandamız 10 dəfə uduzub. 21 qola sevinən futbolçularımız 32 dəfə topu öz qapısında görüblər.
Səfər matçı Ayxan Abbasovun baş məşqçi postunda 14-cü sınağı olacaq. Millimizin onun rəhbərliyi altında nəticələri heç də pis deyil. Belə ki, komandamız Abbasovla 5 dəfə qələbə qazanıb, eyni sayda məğlubiyyət acısı dadıb. 3 matçda isə bərabərlik qeydə alınıb. Bu qarşılaşmalarda ümumilikdə 15 qol vuran milli 17 topa üzülüb (futbolinfo).
Qeyd edək ki, bu gün keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.













