14 Noyabr 2026, 15:42
FUTBOL
Milli komandaların beynəlxalq oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən “Kəpəz” yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi bu gün “Kəpəz” Məşq Mərkəzində I Liqa klubu “Gəncəbasar”la üz-üzə gəlib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Sarı-göylər”in heyətində Kennet Kalunqa fərqlənib.
Qeyd edək ki, “Kəpəz” növbəti oyununu noyabrın 22-də keçirəcək. Komanda doğma meydanda “Qarabağ”ı qəbul edəcək.













