"Mingəçevir" futbol komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Xatırladaq ki, "Mingəçevir" I Liqada 7 turdan sonra dörd xalla 9-cu pillədə qərarlaşıb. Komanda VII turda "Şahdağ Qusar"la oyuna çıxmadığı üçün texniki məğlubiyyət (0:3) alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest