Futbol üzrə Fransa milli komandasının Bolqarıstanla yoxlama oyununda zədələnən hücumçusu Kərim Benzemanın son durumuna aydınlıq gəlib. Matc.az xəbər verir ki, 33 yaşlı hücumçunun zədəsi ciddi deyil və 2-3 gün sonra komanda ilə birlikdə məşqlərə qoşulacaq.
 
Bu barədə Fransa mətbuatı məlumat yayıb. Benzema Fransa yığması ilə Aç-2020-nin oyunlarında iştirak edə biləcək.
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Fransa yığması turnirin qrup mərhələsində Almaniya, Macarıstan və Portuqaliya ilə qarşılaşacaq.
 
Aç-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest