Bu gün AFFA ilə Türkiyənin məşhur kişi geyim brendi "Kiğılı" arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
 
Matc.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunmuş imzalanma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, "Kiğılı" şirkətinin baş icraçı direktoru Hilal Suerdem, Azərbaycan milli komandasının üzvləri Araz Abdullayev və Sərtan Taşkın iştirak ediblər.
 
Mərasimə videozənglə qoşulan "Kiğılı" şirkətinin təsisçisi və sahibi Abdullah Kiğılı iştirakçıları salamlayıb, qeyd edilən müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib və Azərbaycan milli komandasına uğurlar arzulayıb.
 
2022-ci ilin sonunadək imzalanmış müqaviləyə əsasən, Azərbaycan milli komandasının üzvləri "Kiğılı" brendinə məxsus kostyumlarla təmin olunacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest