2020-ci ilin yanvarından "Səbail"də çıxış edən Rauf Əliyev ötən mövsümdə 23 oyunda 4 qol vurub.
				 
 
	"Səbail" klubu futbolçusu Rauf Əliyevlə müqavilənin müddətini artırıb.
	Matc.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu daha bir il "Səbail"də çıxış edəcək. Raufun müqaviləsinin müddəti 2022-ci ilin yayına qədər artırılıb.
	2020-ci ilin yanvarından "Səbail"də çıxış edən Rauf Əliyev ötən mövsümdə 23 oyunda 4 qol vurub.
				
         	
                                             
               
            
 










