Türkiyənin "Haber Global" telekanalı Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsini ziyarət edib. Matç.az saytı xəbər verir ki, əməkdaşlarımız Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovdan müsahibə alıblar.

- Uzun müddətdi bu komandaya rəhbərlik edirsiniz, ardıcıl 5 il çempion olmusunuz. ölkə daxilində qazanmadığınız kubok qalmadı. "Qarabağ"la bağlı beynəlxalq arenada xəyalınız nədi?

- Əvvəlcə komandamla maraqlandığınız üçün sizə təşəkkür edirəm. Bildiyim qədərilə üç aydı fəaliyyət göstərirsiniz, sizə uğurlar arzulayıram. özümüzə gəlincə, düzdü, 5 dəfə çempion olduq. Hansı ki, bu, asan olmadı. Son illər "Qarabağ"ı Avropa arenalarında daha yaxından tanımağa başladılar. Bu, bizim məsuliyyətimizi bir qədər də artırdı. çalışacağıq ki, qarşıdakı illərdə uğurlarımız bol olsun və daha güclü komanda yaradaq.

- Təkcə Azərbaycanda deyil, Avropada da müntəzəm oyun keçirən bir komandanı çalışdırırsınız və uğurlu davam edirsiniz. Şəxsi karyeranızla bağlı hədəfiniz nədi?

- Açığı, konkret bir məqsədim yoxdu. Sadəcə, məşqçi kimi hər il daha çox çalışmaq və uğurlu nəticələr qazanmaq niyyətindəyəm. Hansı komandada çalışıramsa, onun uğuru üçün bacardığımdan artığını etmək istəyirəm.

- İki qardaş ölkə arasında futbolçu transferi çox olmur. Sizcə, bunun səbəbi nədi?

- Bu, bizim üçün böyük problemdi. Təəssüf ki, təkcə Türkiyədə yox, digər ölkələrdə legioner həyatı yaşayan futbolçularımız çox azdı, bəlkə də, yox dərəcəsindədi. Amma çox istərdim ki, oyunçularımız Türkiyə Superliqasında oynasınlar. çünki Superliqa bizim çempionatdan daha üstündü. Amma düşünürəm ki, zamana ehtiyac var.

- Türkiyə Superliqasını izləyirsinizmi?

- çox oyuna baxıram. Türkiyə millisinə daha çox azarkeşlik edirik. Demək olar ki, bütün matçlarına baxıram. Neçə ildi klublardan "Beşiktaş"a azarkeşlik edirəm. Ancaq avrokubok oyunlarında hər birinə bizim öz komandamız kimi azarkeşlik edirik.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest