"Barselona" klubunun stadiona girişə cavabdeh olan əməkdaşları əmək şəraitindən şikayət edərək "El Klasiko" ərəfəsində tətil elan ediblər.

Matc.az xəbər verir ki, bu barədə "Diario AS" nəşri məlumat yayıb.

Bildirilir ki, etiraz aksiyasının oktyabrın 23-dən 25-nə qədər keçirilməsi planlaşdırılır. Bu hadisənin klubun kişi və qadınlardan ibarət futbol, həndbol və basketbol komandalarının oyunlarına təsir edəcəyi qeyd olunur. İşçilərin şikayətləri arasında razılaşmalara əməl olunmaması, əmək və kolktiv müqavilələrin pozulması, kişi və qadınlar arasında ayrı-seçkilik, həmçinin ştatın ixtisarı yer alır.

Hazırda "Barselona"nın işçi heyəti 60 nəfərdən ibarətdir. Klub əməkdaşlarının fikrincə, öhdəliklərin tam yerinə yetirilməsi üçün 90-95 nəfərə ehtiyac var. Bundan əlavə, onlar klubda sonuncu dəfə işçi qəbulunun 2024-cü ilin oktyabrında aparılmasından narazılıqlarını bildiriblər.

Rəhbərliyin gələn həftə narazı əməkdaşlarla danışıqlara başlamağı planlaşdırdığı iddia edilir. Klub rəhbərliyi bu vəziyyətin oktyabrın 25-də keçiriləcək "Real" matçı üçün hər hansı bir təhlükə yaratmadığını düşünür. Ümumilikdə, "blauqrana" rəhbərliyi müvəqqəti işçilərdən istifadə sxemini köhnəlmiş hesab edir və gələcəkdə bu cür xidmətlər üçün digər şirkətlərə müraciət etməyi planlaşdırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest