"Arsenal" "Bavariya"nın mərkəz müdafiəçisi Kim Min Ceni transfer siyahısına daxil edib.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" portalı insayder Kristian Falka istinadən məlumat yayıb.

Bildirilir ki, London klubu gələn qış transfer pəncərəsində 29 yaşlı futbolçunu heyətinə qatmağa çalışa bilər. Kim Min Ceninin keçidinə "Arsenal"ın skaut xidmətinin rəhbəri Mauritsio Mikelinin orada çalışması stimul verə bilər. Belə ki, Mikeli cənubi koreyalı futbolçunu vaxtilə "Napoli"də bəyənib seçən şəxs olub. Müdafiəçinin potensial transferinin "topçular"a 40 milyon avroya başa gələ biləcəyi vurğulanır.

Cari mövsümdə Kim Min Ce bütün turnirlərdə altı matçda iştirak edib. Oyunçunun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest