17 Oktyabr 2026, 15:32
FUTBOL
I Liqada mübarizə aparan "Baku Sportinq" komandanın baş məşqçisi Samir Ələkbərovu istefaya göndərib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Ələkbərovla yanaşı, qapıçılar üzrə məşqçi Davud Əsgərovla da yollar ayrılıb. Hər iki mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi vurğulanıb.
Qeyd edək ki, cari mövsüm uğursuz çıxış edən "Baku Sportinq" I Liqada keçirdiyi ilk 5 oyunun hamısında məğlub olub və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.













