FİFA-nın prezidenti Canni İnfantino Azərbaycana gələcək.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Ali futbol qurumunun rəhbəri bu gün Aç-2020-nin A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə oyununu izləmək üçün Bakıya gələcək.
 
AFFA-nın digər xəbərinə görə, bu qarşılaşmanı izləmək üçün UEFA-nın baş katibi Teodor Teodoridis də bu gün Azərbaycana gəlir.
 
Qeyd edək ki, bu gün keçiriləcək İsveçrə – Türkiyə oyununa saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest