"Neftçi"nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib. Matc.az xəbər verir ki, sözügedən komanda iyunun 25-də  Macarıstanın "Fehervar" klubu ilə qarşılaşacaq.
 
"Kodeljevo Sport Ljubljana" stadionunda keçiriləcək görüşə Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. Oyun "Neftçi TV" vasitəsilə canlı yayımlanacaq.
 
Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən "Ramada Hotel & Suites"də məskunlaşan komanda toplanış çərçivəsində iyunun 21-də yerli "Olimpiya" (Lyublyana), 29-da isə Moskva "Spartak"ı ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest