Bakı AVRO-2020-nin 3 qrup oyununa ev sahibliyi etdi. Bundan sonra Azərbaycan paytaxtında bu nüfuzlu yarışın daha bir mötəbər oyunu – 1/4 final görüşü də keçiriləcək. Həmin oyun iyulun 3-ü, yerli vaxtla saat 20.00-da başlanacaq.
 
Bəs, Bakıya hansı komandalar gələcək?
 
1/8 finalın 1-ci cütü - Uels – Danimarka matçının qalibi Bakıda 1/4 finalın iki iştirakçısından biri olacaq. Bu komanda 1/8 finalda 3-cü cütün qalibi ilə qarşılaşacaq. Həmin cütün bir iştirakçısı artıq bəllidir: Niderland millisi.
 
Onun rəqibi isə D/E və ya F qrupunda ən yaxşı üçüncü yerin sahibi olacaq. Bu gün nəzəri baxımdan həmin 3 qrupda yarışan 12 komandadan hər birinin Bakıya gəlmək ehtimalı var. Hətta Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliyanın, Mbappenin oynadığı Fransanın da. 
 
Məsələ burasındadır ki, bu qruplardan çexiya, İngiltərə (hər ikisi D qrupu), İsveç (E) və Fransa (F) pley-offa vəsiqəni təmin etsə də, kimin neçənci yeri tutacağı, 1/8 finala hansı pilləni tutmaqla yüksələcəyi yalnız sonuncu turda müəyyənləşəcək.
 
2 turdan sonra qruplarda turnir cədvəli aşağıdakı kimidir:
 
D qrupu
1. çexiya – 4 xal
2. İngiltərə - 4
3. Xorvatiya – 1
4. Şotlandiya – 1
 
Son turda qarşılaşırlar (22 iyun):
çexiya – İngiltərə 
Xorvatiya – Şotlandiya
 
E qrupu
 
1. İsveç - 4
2. Slovakiya – 3
3. İspaniya – 2
4. Polşa – 1
 
Son turda qarşılaşırlar (23 iyun):
İsveç – Polşa
Slovakiya – İspaniya
 
F qrupu
 
1. Fransa – 4
2. Almaniya – 3
3. Portuqaliya – 3
4. Macarıstan – 1
 
Son turda qarşılaşırlar:
Almaniya – Macarıstan
Portuqaliya - Fransa
 
Beləliklə, bu qruplarda ilk 2 yeri tutan komanda 1/8 finala vəsiqə əldə edir. Ən yaxşı üçüncü yer isə pley-offda Niderlanda rəqib olur. Bakıdakı 1/4 finalda Niderland – X cütünün qalibi nominal meydan sahibi kimi Uels – Danimarka matçının qalibi ilə qarşılaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest