Futbol üzrə Gürcüstan çempionatında 19-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Azərbaycan çempionu "Neftçi"nin rəqibi olan Tiflis "Dinamo"su da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Samqurali" ilə qarşılaşıb. Vaxtilə Azərbaycanda da çalışmış Kaxaber Sxadadzenin çalışdırdığı paytaxt təmsilçisi evdə 1:2 hesablı məğlubiyyətə üzülüb.
 
Bu məğlubiyyətə baxmayaraq, "Dinamo" 39 xalla 10 komanda arasında birinci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, "Neftçi" ilə "Dinamo" arasındakı ilk oyun iyulun 7-də Tiflisdə, cavab görüşü isə ayın 14-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest