İngiltərənin "Brayton" klubu futbolçusu Danni Uelbekin müqaviləsini yeniləyib.
 
Matc.az xəbər verir ki, 30 yaşlı hücumçu ilə yeni sözləşmənin müddəti 2022-ci ilin yayına qədərdir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Uelbek 2020-ci ilin oktyabrından "Brayton"da çıxış edir. Hücumçu ötən mövsüm 24 oyunda 6 qolla yadda qalıb.
 
"Brayton" yarımmüdafiəçisi David Pröpperlə də yollarını ayırdığını açıqlayıb. 29 yaşlı niderlandlı futbolçu sabiq klubu PSV-yə qayıtmağa qərar verib. İngiltərə təmsilçisi ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. Niderland yığmasında da oynamış Pröpper 2017-ci ildən "Brayton"un uğurları üçün çalışırdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest