İspaniyanın "Real" klubunun prezidenti Florentino Peres fransalı mütəxəssis Zinəddin Zidanla bağlı açıqlama verib. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Peres, Zidanın Fransa yığmasına rəhbərlik etmək istədiyini deyib:
 
"Zidan Fransa millisinə rəhbərlik etmək istəyir. Əminəm ki, o, böyük uğurlar qazanacaq. "Real"a qayıtmaq istəsə, sevinərəm. Bura onun ikinci vətənidir".
 
Zidan ötən mövsümdə "Real"ı çalışdırıb. Fransalı mütəxəssis hazırda işsizdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest