"Neftçi"nin çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi "Olimpiakos" yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, Pirey təmsilçisi Avstriyanın "Volfsberq" komandası ilə qarşılaşıb.
 
Görüş yunanların minimal hesablı qələbəsiylə başa çatıb – 1:0. Matçdakı yeganə qolu 62-ci dəqiqədə Hassan Koka vurub.
 
"Neftçi" çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tiflis) komandası ilə qarşılaşacaq. Cütün qalibi 2-ci mərhələdə Yunanıstanın "Olimpiakos" komandası ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest