Son çempion "Atletiko" ilk turda səfərdə "Selta" ilə qarşılaşacaq. "Real" "Alaves"in qonağı olacaq, "Barselona" isə "Real Sosyedad"ı qəbul edəcək.

İspaniya La Liqasında yeni mövsümün püşkü atılıb. Matc.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümə avqustun 15-də start veriləcək.
 
Son çempion "Atletiko" ilk turda səfərdə "Selta" ilə qarşılaşacaq. "Real" "Alaves"in qonağı olacaq, "Barselona" isə "Real Sosyedad"ı qəbul edəcək.
 
Yeni mövsümün "el klasiko"larının da vaxtı müəyyənləşib. "Real" və "Barselona" arasında ilk matç 10-cu tur çərçivəsində oktyabrın 24-də "Kamp Nou"da keçiriləcək. İkinci "el klasiko" isə 29-cu tur çərçivəsində martın 20-də "Santyaqo Bernabeu" olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest