Türkiyə Futbol Federasiyası (TFF) yeni mövsümdə yerli liqaların oyunlarında iştirak edə biləcək azarkeş sayını açıqlayıb. Matc.az xəbər verir ki, qarşılaşmalara stadionun tutumunun 50 faizi qədər azarkeş buraxılacaq. Bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb.
 
Türkiyə Super Liqasında ötən mövsümün oyunları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest