Türkiyənin "Rizəspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi isveçli müdafiəçi Sebastyan Holmeni transfer edib.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
İsveçli stopper geridə qalan mövsümü Niderlandın "Villem II" klubunda keçirib. 
 
İsveçin "Elfsborq" klubunun yetirməsi olan, 2012-2016-cı illərdə məhz bu klubun uğurları üçün çalışmış Holmen, üç il Rusiyada oynayıb. O, qonşu ölkədə Moskva "Dinamo"sunun formasını geyinib. 2019-cu ildən etibarən isə müdafiəçi, "Villem II" klubunda çıxış edirdi. "Rizəspor" onun dördüncü komandası olacaq.
 
Sebastyan Holmen İsveç yığmasında da 6 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest