UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına "Dinamo Arena" stadionunda keçiriləcək "Dinamo" (Tbilisi) – "Neftçi" oyunu öncəsi "Neftçi"nin baş məşqçisi Samir Abasov və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
 
Matc.az klubun saytına istinadən xəbər verir ki, iyulun 6-da Bakı vaxtı ilə saat 19:30-dan etibarən keçiriləcək tədbir "Neftçi" TV vasitəsilə canlı yayımlanacaq. Konfransdan sonra, saat 20:00-da isə "ağ-qaralar"ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
Eyni məkanda həmin gün saat 18:00-da rəqib komandanın mətbuat konfransı, 18:30-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.
 
"Neftçi" ilə "Dinamo" arasında ilk oyun iyulun 7-də Tbilisidə, cavab matçı isə 14-də Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest