Avropa Konfrans Liqasında "Keşlə"nin rəqibi olan Rusiyanın "Soçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransa "Mets"indən Viktorien Anqbanla müqavilə bağlayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
 
Fil Dişi Sahilindən olan oyunçu İngiltərənin "çelsi" klubunun yetirməsidir.
 
"Soçi" Konfrans Liqasının 1-ci təsnifat mərhələsində "Keşlə" ilə üz-üzə gələcək. "Keşlə" ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest