"Neftçi" klubunun çempionlar Liqasında  Tbilisi "Dinamo"su ilə keçirəcəyi  oyunun  hakimləri açıqlanıb. Matc.az xəbər verir ki,  I təsnifat mərhələsinin cavab görüşü moldovalı hakimlər briqadasına həvalə edilib.

İyulun 14-də baş tutacaq görüşün baş hakimi Dumitri Muntean, yan xətt hakimləri Vlad Lifçiu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.

Qeyd edək ki, "Neftçi" – "Dinamo" matçı  "Bakcell Arena"da saat 21:00-da başlayacaq.

Montean əvvəllər də Bakıya səfər edib. O, 2 il öncə çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la "Partizani" arasında keçirilmiş oyunu idarə edib. Həmin görüşdə təmsilçimiz 2:0 hesablı qələbə qazanmışdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest