"Milli komandanın uğuru üçün də buna ehtiyacımız var. Ən azı xaricdə 5-6 oyunçumuz olmalıdı ki, istədiyimiz nailiyyətləri əldə edək. İnanıram ki, Mahirin "Legiya"ya keçidi ilə oyunçularımızın Avropaya ayağı açılacaq"

"Əvvəlcə onu deyim ki, hamı üçün gözlənilməz transfer oldu. çünki Ramil artıq "Sabah"da yaxşı çıxış etməyə başlamışdı, daim oynayırdı. Hamımız da sevinirdik. Bir müddət əvvəl "Qarabağ"da oynayırdı. Həmin keçid həm "Qarabağ", həm də Şeydayev üçün uğurlu alınmamışdı. Bəlkə də Qurban Qurbanovun taktiki sxeminə uyğun gəlməmişdi". Matc.az xəbər verir ki, bu sözləri tanınmış məşqçi Tərlan Əhmədov deyib.

Ramil Şeydayevin "Qarabağ"a keçidini şərh edən Əhmədov transferin həm hücumçu, həm də Ağdam təmsilçisi üçün son şans olduğunu dilə gətirdi: "Bu keçid sual doğurur. Ola bilsin, "Qarabağ" legioner hücumçu tapa bilmir və boşluğu yerli oyunçu ilə doldurmaq istəyir. ümid edək ki, Ramili bir də itirməyəcəyik. O, daim oynayacaq. Görünən odu ki, "Sabah"da qalsaydı, daha uğurlu olacaqdı. çünki bilirik ki, ötən mövsümün ilk yarısında, ispan məşqçinin dönəmində meydana çox çıxmırdı. O getdikdən bir müddət sonra oynamağa başladı və əvvəlki performansına qovuşurdu. Milli komandada da bunu gördük, qol da vurdu. çünki futbolçu oynadıqca formaya düşür və bacarığını ortaya qoya bilir. Bu dəfə də "Qarabağ"da ehtiyatda otursa, həm Ramil, həm də Ağdam təmsilçisi üçün yaxşı olmayacaq. Arzulayaq ki, hər iki tərəfə uğurlu olsun. Təbii, Ramilin xaricdə oynamasını daha çox istəyərdik. Tək onun yox, milli komandanın bir çox üzvünün Avropa klublarında çıxış etməsi yaxşı olardı. Qonşu dövlətlərə baxsaq, gürcülər az maaşla öz liqalarında oynayır və yüksək məbləğə xarici klublara transfer olunurlar. Şeydayevlə bağlı da söz-söhbətlər gəzirdi ki, Avropadan təklifləri var. Düşünürdüm ki, Avropaya getməsə belə, ən azı "Sabah"da qalar. Həm klubun Ramilə, həm də onun komandaya xeyri dəyə bilərdi. Mahirə görə hamımız sevinirik ki, artıq azərbaycanlı futbolçuların Avropaya ayağı açılıb. Açığı, mən yaxın keçmişdə Qara Qarayevin xarici klublardan birinə keçəcəyini gözləyirdim. çünki həqiqətən də onun potensialı çox böyükdü. Düzdü, hələ də gec deyil. Mən 32 yaşımda Ukraynaya getdim və orda möhkəmləndim. Demək olar ki, oyunların əksəriyyətində ən yaxşı futbolçu seçilirdim. Təkcə Qarayev, Şeydayev yox, bir çox oyunçumuz Avropaya gedəcək potensialdadı və getmələrini istəyərəm. Milli komandanın uğuru üçün də buna ehtiyacımız var. Ən azı xaricdə 5-6 oyunçumuz olmalıdı ki, istədiyimiz nailiyyətləri əldə edək. İnanıram ki, Mahirin "Legiya"ya keçidi ilə oyunçularımızın Avropaya ayağı açılacaq" (futbol+).

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest