"Sabah"ın yay təlim-məşq toplanışı çərçivəsində qarşılaşacağı daha bir rəqib məlum olub. Matc.az xəbər verir ki, sözügedən komanda iyulun 13-də "Keşlə" ilə üz-üzə gələcək.
 
Bu barədə "Sabah"ın mətbuat xidməti məlumat yayıb. "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək.
 
Qeyd edək ki, "Sabah" bu matçdan öncə, iyulun 9-da "Zirə" ilə oynayacaq. "Bank Respublika Arena"da baş tutacaq bu oyuna da saat 19:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest