İspaniyanın "Selta" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Portuqaliyanın "Benfika" klubunun yarımmüdafiəçisi Franko Servini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı argentinalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
 
Servi Argentinanın "Rosario Sentral" klubunun yetirməsidir. Vinger 2016-cı ildən "Benfika"da çıxış edirdi. O, Argentina yığmasında 4 oyun keçirib, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest