Serbiyanın "çukariçki" klubunun müdafiəçisi Stefan Şapiç Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, Azərbaycan təmsilçisini yaxşı tanımadıqlarını söyləyib:
 
"Hələlik, rəqib haqqında məlumatımız azdır. Amma, şablon səslənsə də, bu gün hamı futbol oynamağı bacarır. "Sumqayıt"la oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Məşqçilər heyəti lazım olan hər şeyi edəcək. Bizim işimiz isə onların tapşırıqlarını yerinə yetirmək və ilk dəqiqələrdən meydanda düzgün oynamaqdır".
 
Qeyd edək ki, "çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest