İtaliyanın "İnter" klubu serbiyalı müdafiəçisi Aleksandr Kolarov ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
35 yaşlı futbolçu ilə 1 illik yeni müqavilə imzalanıb. Əvvəlki sözləşmənin müddəti bu yaya qədər idi.
 
Qeyd edək ki, Kolarov ötən mövsümün əvvəlində 1.5 milyon avroya "Roma"dan "İnter"ə transfer olunub. O, bu komandada 11 rəsmi matça çıxıb, 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest