Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın ÇSKA komandası ilə qarşılaşacaq

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bolqarıstanın çSKA komandası ilə qarşılaşıb.
 
Sofiya təmsilçisi ilə oyuna Bakı vaxtı ilə saat 20:00-da start verilib. Qarşılaşma Ağdam klubunun qələbəsiylə başa çatıb.
 
"Qarabağ" Avstriya toplanışında Rusiyanın "Arsenal" (Tula) və Almaniyanın "Auqsburq" komandaları ilə də yoxlama oyunu keçirəcək.
 
Yoxlama oyunu
7 iyul
 
Qarabağ – çSKA (Sofiya) 1:0
Qol: Musa Qurbanlı, 69.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest