İtaliyanın "Milan" klubu "Breşiya"dan icarəyə götürdüyü Sandro Tonalinin transfer hüquqlarını da alıb. Matc.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, 2026-cı ilin 30 iyununa qədər məhz bu komandada çıxış edəcək. Tonalinin "8" nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, Tonali ötən mövsümün əvvəlində icarəyə götürülmüşdü. İtaliyalı yarımmüdafiəçi bu komandanın heyətində 37 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest