Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüşdə qalib müəyyənləşməyib. Hesabı "Səbail" açsa da, matçın sonlarında "Keşlə" məğlubiyyətdən xilas olmağı bacarıb.

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək "Keşlə" bu gün növbəti yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, Sənan Qurbanovun çalışdırdığı kollektiv Premyer Liqanın digər təmsilçisi "Səbail"lə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüşdə qalib müəyyənləşməyib. Hesabı "Səbail" açsa da, matçın sonlarında "Keşlə" məğlubiyyətdən xilas olmağı bacarıb.

Qeyd edək ki, bu, "Səbail"in yay hazırlıq prosesi çərçivəsində ilk sınağı idi. "Keşlə" isə daha öncə "Qarabağ"la yoxlama oyunu keçirib və 0:7 hesabıyla uduzub.

Yoxlama oyunu
9 iyul

Keşlə – Səbail 1:1
Qol: Omar Qudiabi, 87 – R.Əliyev, 45.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest