"Sabah"ın baş məşqçisi Ramin Quliyev "Zirə"yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan oyundan sonra bunları söyləyib:
 
"İlk matçımız idi. İki fərqli hissə izlədik. Futbolçuların geridə qalan 7-8 günlük hazırlıq müddətində fiziki durumlarının necə olmasını görmək istəyirdik. Sevindirici haldı ki, hər iki hissədə fiziki baxımdan istədiyimizi ala bildik. Ən əsası, şükürlər olsun ki, heç bir zədə olmadı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest