Futbol üzrə Amerika kubokunda bürünc medalın sahibi məlum olub. Matc.az xəbər verir ki, 3-cü yer uğrunda keçirilən görüşdə Kolumbiya və Peru milli komandaları üz-üzə gəliblər.
Beş qolun qeydə alındığı oyun Kolumbiyanın qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, Amerika kubokunun finalında Argentina və Braziliya yığmaları üz-üzə gələcəklər. Oyun iyulun 11-də keçiriləcək.
Amerika kuboku
3-cü yer uğrunda oyun
10 iyul
Kolumbiya – Peru 3:2
Qol: Xuan Kuadrado, 49. Luis Fernandes Dias, 66; 90+4 – Yosimar Yotun, 45. Canluka Lapadula, 82.