Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Maşinsazi" səfərdə "Fulad"la qarşılaşıb. Təbriz klubu bu oyunda minimal hesabla uduzub - 0:1.
 
Təbrizin daha məşhur təmsilçisi "Traktor" isə doğma meydanda "Gol Gohar"la üz-üzə gəlib. "Traktorçular" turu qəqləbə ilə başa vurublar - 1:0.
 
Hazırda 39 xalı olan "Traktor" 16 kollektiv arasında 5-ci, 14 xala malik "Maşinsazi" isə sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest