Argentina millisinin futbolçusu Lionel Messi Amerika kubokunun finalında Braziliyanı məğlub edərək çempion olduqları oyundan (1:0) sonra fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, yığma karyerasında ilk titulunu qazanan Messi bunları deyib:
 
"Milli komanda ilə bir şeylər qazanacağımı bilirdim. Hər dəfəsində yaxınlaşırdım, ancaq alınmırdı. Nə vaxtsa olacağını bilirdim. İndi bundan gözəl an yoxdur.
 
Hələ çempionluğumuzun fərqində deyilik. Düşünürəm ki, bu, tək Amerika kubokunu qazandığımız üçün deyil, həm də braziliyalıları öz evlərində məğlub etdiyimizə görə tarixə yazılacaq bir oyundur. Xoşbəxtik. Arzularım reallaşdı. Hisslərimi sözlə ifadə edə bilmirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest