Aç-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyununda zərurət yaranacağı təqdirdə istifadə olunmaq üçün alınmış defibrilyator cihazları AFFA tərəfindən "Aç-2020-nin irsi proqramı" çərçivəsində təmənnasız olaraq bu mövsüm avrokuboklarda çıxış edən "Neftçi", "Qarabağ", "Keşlə" və "Sumqayıt" klublarına verilib.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
Azərbaycan Premyer Liqasında çıxış edən digər 4 kluba isə qeyd olunan cihazlar 2021/22-ci il mövsümünün başlanması ərəfəsində təqdim olunacaq.
 
Xatırladaq ki, iyunun 12-də, 16-da və 20-də Aç-2020-nin A qrupunun 3 oyunu, iyulun 3-də isə 1/4 final mərhələsinin 1 qarşılaşması Bakı Olimpiya Stadionunda keçirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest