"Neftçi"nin Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev Fransanın "Havr" komandasının yarımmüdafiəçisi Roman Baskla anlaşmalarına dair çıxan xəbərlərə aydınlıq gətirib.
 
Matc.az xəbər verir ki, paytaxt klubunun rəsmisi "Report"a açıqlamasında fransalı yarımmüdafiəçinin maraq dairələrində olduğunu təsdiqləyib. Lakin o, hələlik futbolçu ilə rəsmi müqavilə imzalanmadığını bildirib.
 
Qeyd edək ki, Fransanın nüfuzlu "L Equipe" nəşri "Neftçi"nin 26 yaşlı oyunçu ilə ortaq məxrəcə gəldiyini və 2 illik müqavilə imzalayacağını yazıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest